Bulvarda batan qadın belə xilas edildi-VİDEO
06 iyul 2025 15:16 (UTC +04:00)

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Eminova Nazilə Balaxan qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən qadın xilas edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar