Çay evində qəlyan çəkməyə peşman oldular
16 aprel 2021 11:55 (UTC +04:00)

Çay evində qəlyan çəkməyə peşman oldular

0

İmişli rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

Polis əməkdaşları pozuntu halının qarşısı alıb, 6 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2472

Oxşar yazılar