Britaniyalı alimlər hesablamalarına görə diabetlə mübarizədə kömək edə biləcək bir pəhriz aşkar ediblər. Hazırda bu rasion üzrə elmi sınaqlar aparılır. Pəhriz kifayət qədər sərt hesab olunur, lakin II tip diabetə qarşı əla nəticələr göstərir. Britaniya alimlərinin sınaqdan keçirdiyi və NHS tərəfindən hazırlanmış pəhriz artıq unikal adlandırılıb.
Lent.az bu pəhrizi təqdim edir:
Sınaqlara 7540 könüllü cəlb olunub. Onların hamısında, pəhrizə bir il ərzində əməl edənlərdə, II tip diabetin remissiyası müşahidə olunub. Faktiki olaraq sağalma baş verib və pasiyentlərə insulin iynələri vurulmur. Bununla yanaşı, orta çəki itkisi göstəricisi 15,9 kiloqram təşkil edib.
Diabetdən və artıq çəkidən qurtulmağa imkan verən pəhrizin tərkibi tərtibatçılar tərəfindən ciddi şəkildə gizli saxlanılır. Könüllülər hələ də həkimlərin nəzarətindədir. Hesab edilir ki, bu pəhrizi icazəsiz kopyalamaq ən ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Məlumdur ki, pəhriz bir neçə mərhələyə bölünüb və ilk 12 həftədə qidalanma tamamilə dəyişdirilməlidir. Rasionun əsasını batonlar, şorbalar və kokteyllər təşkil edir və bu da kəskin kalori çatışmazlığına gətirib çıxarır. Hesab olunur ki, belə qida eksperimentləri çox pis nəticələnə bilər və onlar yalnız həkim nəzarəti altında aparılmalıdır.
12 həftədən sonra daha yumşaq mərhələ başlayır. Lakin belə ağır rejimə, xroniki xəstəlikdən qurtulmaq uğrunda olsa belə, hər kəs dözə bilmir.