İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyənlər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü Cəlilabad rayon sakini Sadiq Qasımov və sərnişin qismində olan həmyerlisi Qurban Məmmədov rayonun Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıblar. Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçdiyi müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Bundan başqa, Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan “Man” markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün “saxla” işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri – Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov saxlanılıblar.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Cəbrayıla getmək istəyənlər həbs olundu
Oxşar yazılar

Kürdəmirdə küçə ticarətinin qarşısı alındı - VİDEO
16 iyun 2025 , 23:17
Qazaxda quldurluq edən saxlanıldı
16 iyun 2025 , 22:02
Zaqatalada FACİƏ: Su maşını 5 yaşlı uşağın üstündən keçdi
16 iyun 2025 , 21:08
Boşanmasının qisasını qayınanasından aldı: öldürdü
16 iyun 2025 , 19:34
Polis zabiti intihar etdi: evində tapılan meyitlə bağlı qan donduran TƏFƏRRÜATLAR
16 iyun 2025 , 17:02
İki yaşlı oğlan anasını öldürdü - VİDEO
16 iyun 2025 , 16:18
Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı
16 iyun 2025 , 15:48