Cəbrayılda DAHA BİR PARTLAYIŞ:  ölən və yaralananlar var
21 iyun 2024 11:26 (UTC +04:00)

Cəbrayılda DAHA BİR PARTLAYIŞ: ölən və yaralananlar var

Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib

Lent.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatına görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib.

Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, iyunun 21-də Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində kənd təsərrüfatı sahəsində çalışan 33 yaşlı Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili də minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3666
avatar

Oxşar yazılar