Cibində 12 min manat  olan gödəkcə oğurlandı
29 fevral 2024 10:57 (UTC +04:00)

Cibində 12 min manat olan gödəkcə oğurlandı

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 25-də Binəqədi qəsəbəsində evlərin birindən cibində 12.000 manat pul olan gödəkcə, Görədil bağlar sahəsində isə iki evdən təmir alətləri oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş İntiqam Əliyev saxlanılıb. 

Araşdırma aparılır.

# 2616
avatar

Oxşar yazılar