Məhkumla görüşdə tapılan narkotik
30 avqust 2021 15:24 (UTC +04:00)

Məhkumla görüşdə tapılan narkotik

Cibində narkotik gizlədib həbsxanaya gəldi

1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Telman oğlu Hüseynovla qısamüddətli görüşə gəlmiş qohumu Şamaxı rayon sakini Rəfael Mahir oğlu Mirzəyevin əşyalarına və üzərinə baxış keçirilib. Bu zaman cibində gizlətdiyi kağız bükülünün içərisində ümumi çəkisi 0,363 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1284
avatar

Mehman Nəbiyev

Oxşar yazılar