Hacıqabulda saxlanılan narkotacirlər
24 avqust 2021 13:20 (UTC +04:00)

Hacıqabulda saxlanılan narkotacirlər

Daha bir rayonda "patı" satanlar tutuldu - FOTO

Hacıqabul narkotacirlərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Elçin Cəbrayılov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Cəbrayılov narkotik maddəni Ağaqulu adlı şəxsdən aldığını bildirib. Keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Ağaqulu Ağamalıyev də saxlanılaraq istintaqa təqdim olunub.

Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Hafiz Haqverdiyev və Yaşar Rüstəmov saxlanılıblar. Həmin səxslərin üzərinə keçirilən baxış zamanı onlardan da metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 2223
avatar

Mehman Nəbiyev

Oxşar yazılar