Bakıda iki gün bu yollarda hərəkət  məhdudlaşdırılır,   6 marşrutun hərəkət sxemi  dəyişir
19 noyabr 2026 19:08 (UTC +04:00)

Bakıda iki gün bu yollarda hərəkət məhdudlaşdırılır, 6 marşrutun hərəkət sxemi dəyişir

0

Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində, noyabrın 22-də isə gecə saatlarında metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

AYNA-dan Lent.az-a verilən xəbərə görə, məhdudiyyət səbəbindən noyabrın 20-si saat 00:00-dan 06:00-dək 6 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.

- H1 saylı avtobuslar şəhər istiqamətində Zığ şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə;

- 140 və 150 saylı avtobuslar Zığ şosesi – Gəncə prospekti – Qara Qarayev prospekti ilə,

- 163, 189 və M8 saylı avtobuslar Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə hərəkət edəcək.

Noyabrın 22-si saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti yenidən alternativ küçələrlə təşkil ediləcək.

- 140, 150 və H1 saylı avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə;

- 163, 189 və M8 saylı avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Asif Əsədullayev küçələri ilə hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar