Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
06 iyul 2025 08:54 (UTC +04:00)

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gəncin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə hər iki şəxsin rayonun Xoşbulaq kəndində evləri var.

Onlar ötən gün sözügedən kəndə istirahətə gediblər. Kənddə yeyib, içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı  qətlə yetirilən İlkin Məmmədov hadisəni törətməkdə şübhəli bilinən Elçin İsmayılovun   ünvanına nalayiq sözlər deyib.

Bu zaman sonuncu İ. Məmmədova bir neçə bıçaq zərbəsi vurub. Bıçaq xəsarəti alan şəxs xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə  hər iki şəxs  hadisə vaxtı sərxoş olub. Onların yaxın dost olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

08:07

Daşkəsəndə 21 yaşlı gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə Daşkəsən rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən, 20 yaşlı Gəncə şəhər sakini Elçin İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

23:14

Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc oğlan xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu haqda APA-nın yerli bürosu məlumat yayıb.

***

22:44

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü  il təvəllüdlü İ. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1574

Oxşar yazılar