Dayı və bacıoğlu oğurluğa görə tutuldular -  FOTO
01 sentyabr 2021 18:09 (UTC +04:00)

Dayı və bacıoğlu oğurluğa görə tutuldular - FOTO

Şəkidə evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədənlərin Bərdə rayon sakini Nəvai Abbasov, onun dayısı, Yevlax sakini İlham Quliyev və Bakı şəhər sakini Elxan Hüseynov olduğu müəyyən edilib. Həmin şəxslər “Rent a car”dan icarəyə götürdükləri “Hyundai” markalı avtomobillə Yevlax rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və şöbəyə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində oğurladıqları samovarı və misdən olan məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, əldə etdikləri pulu isə öz aralarında böldüklərini bildiriblər.

Araşdırma zamanı qrup üzvlərinin başqa cinayət əməllərinin də üstü açılıb. Onların Şəki rayonunun Köbər Zəyzid kəndində yerləşən mağazaların birindən oğurluğa cəhd etdikləri və “VAZ-2109” markalı avtomobildən akkumulyator, eləcə də nəqliyyat vasitəsinə yaxın ərazidə olan pivə çəlləyini oğurladıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

# 1692
avatar

Mehman Nəbiyev

Oxşar yazılar