Ermənilər bu dəfə Naxçıvanı atəşə tutdu
21 avqust 2021 16:01 (UTC +04:00)

Ermənilər bu dəfə Naxçıvanı atəşə tutdu

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 21-i saat 12:30-dan 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
Cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

# 1830
avatar

Mehman Nəbiyev

Oxşar yazılar