Evindən 7 kq marixuana tapıldı
04 sentyabr 2021 11:28 (UTC +04:00)

Evindən 7 kq marixuana tapıldı

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Lent.az-a bildirdiyinə görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Əlsafa Hüseynov saxlanılıb.

Həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 60 kiloqrama yaxın yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi və ümumi çəkisi 7 kiloqramdan çox olan marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tdbirləri zamanı rayon sakini Zahid Tahirov saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, “patı” “şüşə” adlanan narkotik vasitə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1997

Oxşar yazılar

Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28
Bakıda FACİƏ:  gənc qız hamamda BOĞULDU

Bakıda FACİƏ: gənc qız hamamda BOĞULDU

2 may 2025 , 11:46
Azərbaycanlı biznesmen 600 milyon dolları  necə ələ keçirib? - TƏFƏRRÜATLAR

Azərbaycanlı biznesmen 600 milyon dolları necə ələ keçirib? - TƏFƏRRÜATLAR

2 may 2025 , 10:36
"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

2 may 2025 , 10:22
Sumqayıtda şagird vəfat etdi

Sumqayıtda şagird vəfat etdi

2 may 2025 , 10:19