Evinə polis gəldi,  özünü güllələdi
14 mart 2024 18:55 (UTC +04:00)

Evinə polis gəldi, özünü güllələdi

Boluda həbs cəzası və həbs qərarı olan şəxs polisi görən kimi silahla başına atəş açaraq həyatına son qoyub.  

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, səhər saatlarında polis qrupları həbs cəzası və həbs qərarı çıxarılan Emrah Yücenin İhsaniyyə məhəlləsi Tahvili Mehmet Paşa küçəsində yerləşən yaşayış binasındakı evinə gedib.

Emrah Yüce polislərə qapını açmayıb. Bundan sonra çilingər çağırılıb. Çilingərin köməyi ilə Yücenin evinin qapısı açılıb. Polisləri qarşısında görən Emrah Yüce tapança ilə başına atəş açaraq həyatına son qoyub. 

Emrah Yücenin həyat yoldaşından boşanma prosesində olduğu öyrənilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 

# 2775
avatar

Oxşar yazılar