Finlandiyada kabel qalmaqalına görə azərbaycanlı dənizçiyə HÖKM OXUNDU
05 noyabr 2026 15:55 (UTC +04:00)

Finlandiyada kabel qalmaqalına görə azərbaycanlı dənizçiyə HÖKM OXUNDU

0

Finlandiya körfəzində sualtı kabellərin zədələnməsi ilə bağlı cinayət işi üzrə Azərbaycan vətəndaşı olan dənizçi həbs cəzasına məhkum edilib.

Lent.az xəbər verir ki, Azərbaycan vətəndaşı olan bosmana 2 il 10 ay həbs cəzası verilib.

Finlandiya körfəzində kabellərin zədələnməsində təqsirləndirilən “Fitburg” yük gəmisinin rusiyalı kapitanı Andrey Maksimenko isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Finlandiya prokurorluğu hadisə ilə əlaqədar hər iki dənizçiyə ittiham irəli sürüb. Dövlət ittihamçısı kapitan üçün azı 2 il 6 ay həbs cəzası tələb edib.

Məhkəmə iclasında Andrey Maksimenko ittihamları rədd edərək gəminin limandan çıxmasından əvvəl və hərəkəti zamanı heç bir qəsdən və ya səhlənkarlıq nəticəsində qanunazidd hərəkətə yol vermədiyini bildirib.

Azərbaycanlı bosman da özünü təqsirli bilməyib.

Kapitanın vəkili isə daha əvvəl Finlandiyanın bu işə baxmaq səlahiyyətinin olmadığını iddia edib. Müdafiə tərəfinin mövqeyinə görə, beynəlxalq dəniz hüququna əsasən, işə gəminin bayrağı altında üzdüyü ölkədə və ya şübhəli şəxsin vətəndaşı olduğu dövlətdə baxılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 64

Oxşar yazılar