Gədəbəyin polisrəisi Mehman Həşimov
27 avqust 2021 15:13 (UTC +04:00)

Gədəbəyin polisrəisi Mehman Həşimov

Gədəbəyin polis rəisi karantin qaydalarının pozulmasına göz yumur? - DİN-dən AÇIQLAMA

Gədəbəy rayon Polis Şöbəsi rəisinin rayon ərazisində karantin qaydalarının pozulmasına göz yummasına dair iddialar yayılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

İddialara görə, rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimov toy məclislərinə Operativ Qərargahın qoyduğu tələbdən, yəni 150 nəfərdən çox qonağın gəlməsinə icazə verir. Bildirilir ki, şöbə rəisi bunun müqabilində toy sahibləri və ya obyekt sahiblərindən 3000 manat rüşvət alır.

Məsələ ilə bağlı Lent.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyilənlərin əsassız olduğunu bildirib:

Eşqin Qasımov

“Bu iddialar tamamilə cəfəngiyyatdır, əsassızdır, həqiqəti əks etdirmir və böhtan xarakterlidir. Hiss olunur ki, bunu yayan kimdirsə qərəzli şəxsdir. Polisin və şöbənin fəaliyyətinə kölgə salmağa çalışır”.

Qeyd edək ki, bir müddət öncə karantin qaydalarının pozulmasına göz yumduğu üçün Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin rəis əvəzi və 17-ci Polis Bölməsinin rəisi vəzifəsindən uzaqlaşdırılıblar. Həmçinin, Cəlilabad rayon Polis Şöbəsinin rəisi də eyni nöqsanla tutduğu vəzifədən azad edilib.

# 4620
avatar

Mehman Nəbiyev

Oxşar yazılar