İyunun 5-i saat 12:10-da 2023-cü il təvəllüdlü oğlan uşağı aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.
***
09:24
Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.
Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.
Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.