Gəncədə günəbaxan tumu zavodunda  yanğın  baş verdi
05 may 2026 05:39 (UTC +04:00)

Gəncədə günəbaxan tumu zavodunda yanğın baş verdi

0

Gəncədə yanğın başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən günəbaxan tumu zavodunda qəfil yanğın baş verib.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan yanğınsöndürən qüvvələri cəlb olunub.

Yanğının geniş olması söndürmə işlərində çətinliklər yaradıb.

Hazırda alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar