Bakıda KÜTLƏVİ DAVA:  saxlanılanlar var
04 may 2026 16:50 (UTC +04:00)

Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var

0

Bakıda kütləvi dava olub. 

Lent.az xəbər verir ki, hadisə ötən gün Nəsimi rayonunda, Mirəli Qaşqay və Sahib Zeynalov küçələrinin kəsişməsində qeydə alınıb.

Dava edən bir qrup şəxs daha sonra ərazidən qaçıblar.

Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi tədbir nəticəsində kütləvi davanı törədən şəxslər müəyyən olunublar.

Hadisənin iştirakçıları - Şakir Məmmədov, Abasqulu Quliyev və qardaşı Seymur Quliyev polis tərəfindən saxlanılıblar.

Hazırda ərazi üzrə müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar