Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü Ç.Hüseynova və 1992-ci il təvəllüdlü H.Mustafayev xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Fakt araşdırılır.
Fuad Nazimoğlu