Gəncədə minik maşını "BakuBus" avtobusu ilə toqquşdu
06 mart 2026 13:23 (UTC +04:00)

Gəncədə minik maşını "BakuBus" avtobusu ilə toqquşdu

1

Gəncədə yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"Volkswagen" markalı avtomobil "BakuBus"a məxsus 11 saylı xətt üzrə işləyən sərnişin avtobusu ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, sərnişin avtobusuna və minik maşınına ciddi ziyan dəyib.

Qeyd edək ki, qəza zamanı sərnişin avtobusu sərnişinlə dolu olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 434

Oxşar yazılar