Gəncədə Psixinevroloji müəssisədə yanğın -  YENİLƏNİB
07 iyun 2023 19:50 (UTC +04:00)

Gəncədə Psixinevroloji müəssisədə yanğın - YENİLƏNİB

Gəncədə yanğın baş verən 4 saylı Psixinevroloji Sosial Xidmət Müəssisəsində 100 sakin var.

Lent.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında müəssisənin direktor müavini Əlizamin İsgəndərov bildirib.

Onun sözlərinə görə, yanğın 3-cü mərtəbədə baş verib:

“Ümumilikdə müəssisəmizdə 100 sakin var. Yanğın baş verən mərtəbədə 73 sakinimiz olub. Xəsarət alan yoxdur, onları təxliyə etmişik. Hər şey öz qaydasındadır”.

***

19:11

Gəncədə yanğın baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən qocalar evinin 1 otağında anidən yanğın olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1 otağın 25 kv.m-i metri yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

# 2421
avatar

Oxşar yazılar