Gəncədə qəza zamanı  piyada öldü
21 iyul 2022 02:51 (UTC +04:00)

Gəncədə qəza zamanı piyada öldü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Ramiz Novruzovu vurub.

Piyada xəstəxanaya aparılsa da həyatını xilas emək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 1422
avatar

Oxşar yazılar