Bakıda 2 evdən oğurluq edən  2 nəfər saxlanıldı: Biri qadındır
14 iyul 2025 14:19 (UTC +04:00)

Bakıda 2 evdən oğurluq edən 2 nəfər saxlanıldı: Biri qadındır

Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Səbail və Nərimanov rayonlarında iki zərərçəkən polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar