Masallı rayon prokurorunun səlahiyyət müddəti uzadılıb.
Baş Prokurorluqdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Vəli Mustafayev ikinci səlahiyyət müddətinə Masallı rayon prokuroru təyin edilib.