Bakıda  motosikletlə avtoxuliqanlıq:   sürücü həbs edildi
14 iyul 2025 19:49 (UTC +04:00)

Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Baba İsmayılov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.İsmayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar