Çimərliyi ildırım vurdu:  Ölənlər və yaralananlar var
14 iyul 2025 16:18 (UTC +04:00)

Çimərliyi ildırım vurdu: Ölənlər və yaralananlar var

Tula vilayətinin Bunırevo kəndində çimərlikdə ildırım vurması nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb. 

Lent.az-ın xarici medaya istinadla xəbərinə görə, daha altı nəfər yaralanıb.

Bildirilir ki, Bakı vaxtı ilə saat 14 radələrində çimərlikdə dincələnləri ildırım vurub. Hazırda yaralılar həkimlər tərəfindən müayinə olunur.

Öz növbəsində Baza xəbər verir ki, hadisə “Şaxtyor” park otelinin çimərliyində baş verib. Telekanalın məlumatına görə, ildırım yeddi nəfərdən ibarət qrupu vurub, onlardan dördü sağ qalıb.

Regional İstintaq Komitəsi hadisəni təsdiqləyib. Bununla belə, qurbanların sayı açıqlanmır. Faktla bağlı araşdırmalara başlanılıb, hazırda hadisə yerinə baxış keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar