Gizli kafe işlətdi, başına bunlar gəldi-FOTO
12 yanvar 2021 10:27 (UTC +04:00)

Gizli kafe işlətdi, başına bunlar gəldi-FOTO

Bakının Sabunçu rayonunda gizli işləyən kafe aşkar edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən "Məcnun" kafesini aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb. Ora baxış zamanı kafenin sahibi vətəndaş Firdovsi Quliyev və daha 8 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.
Kafenin sahibi F.Quliyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara əməl etmədiyinə görə onun barəsində də İnzibati Protokol tərtib edilib və obyekt sahibi 4000 manat miqdarında cərimə olunub.

# 1458
avatar

Mehman Nəbiyev

Oxşar yazılar