Gizlin restoran işlətmək icarədara baha başa gəldi
20 yanvar 2021 12:20 (UTC +04:00)

Gizlin restoran işlətmək icarədara baha başa gəldi

Sumqayıtda gizlin işləyən restoran aşkarlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yanvarın 19-da Corat qəsəbəsi ərazisində qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilib.

İ.Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib. Orada olan 15 nəfər müştəri barəsində isə protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Mehman Nəbiyev

Oxşar yazılar