Gölün kənarında yeni doğulmuş qız  meyiti tapıldı
07 iyun 2025 16:50 (UTC +04:00)

Gölün kənarında yeni doğulmuş qız meyiti tapıldı

Rusiya Federasiyasının Krasnoyarsk diyarında gölün sahilində yeni doğulmuş qız uşağının dəsmal və çantaya bükülmüş meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Zıkovo kəndi yaxınlığında baş verib.

Gölün yaxınlığında “yeni doğulmuş qız uşağı”nın meyitinin tapılması barədə istintaq orqanlarına məlumat daxil olub. Onun dəsmala və çantaya bükülmüş olduğu dəqiqləşdirilib. Faktla bağlı yeni doğulmuş körpənin ana tərəfindən öldürülməsi maddəsi ilə cinayət işi açılıb.

Körpənin ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Ananın şəxsiyyəti müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar