Goranboyda ağır qəza, iki nəfər yaralandı
09 iyun 2025 21:40 (UTC +04:00)

Goranboyda ağır qəza, iki nəfər yaralandı

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə rayonun Ağcakənd qəsəbəsində qeydə alınıb.

Belə ki, “OPEL” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb və evin həyətinə düşüb.

Qəza zamanı Xocalı şəhər sakini 39 yaşlı Ramal Mehdiyev və sərnişin Bakı şəhər sakini 28 yaşlı Pərviz Əliyev yralanaraq xəstəxanaya yerləşdirilib.

Onlara açıq kəllə beyin travması və təpə nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilib.

Pasiyentlərdən biri zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digəri özəl tibb müəssisələrindən birinə təxliyə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar