Goranboyda ata oğlunu bıçaqlayaraq öldürdü
02 avqust 2026 03:55 (UTC +04:00)

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürdü

0

Goranboyda atası tərəfindən qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən 1993-cü il təvəllüdlü, 33 yaşlı Elvin Aslanovdur.

İlkin məlumata əsasən, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Ş.Aslanov münaqişə zəminində yaşadığı evdə oğlu E.Aslanova kəsici alətlə xəsarətlər yetirib. Aldığı xəsarətlərdən E.Aslanov hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

***
03:39

Goranboy rayonunda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

İlkin məlumata əsasən, ata ilə oğlu arasında yaranan mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Ağır yaralanan şəxs hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar