Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
01 avqust 2026 18:29 (UTC +04:00)

Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü

1

Argentinada gənc futbolçunun ölümü ölkənin futbol ictimaiyyətini sarsıdıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Atletiko i Sosyedad Arxentinos del Norte" klubunun 20 yaşlı futbolçusu Santyaqo Nikolas Korassa ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Qəza iyulun 26-na keçən gecə Servantes şəhəri yaxınlığındakı magistralda baş verib. İlkin məlumata əsasən, gənc futbolçunun avtomobili yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Zərbənin gücündən Santyaqo Korassa avtomobildən çölə atılıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onu xəstəxanaya çatdırsalar da, aldığı ağır xəsarətlər səbəbindən həyatını xilas etmək mümkün olmayıb.

Santyaqo Korassa futbol karyerasına "Deportivo Roka" klubunda başlayıb və qısa müddətdə perspektivli oyunçu kimi tanınıb. Daha sonra "Atletiko i Sosyedad Arxentinos del Norte" klubuna transfer olunaraq inkişafını davam etdirib.

Yerli idman şərhçiləri onu Rio-Neqro əyalətinin son illərdə yetişdirdiyi ən istedadlı futbolçulardan biri kimi qiymətləndirirdilər.

Hazırda Argentina hüquq-mühafizə orqanları qəzanın bütün səbəblərini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 284

Oxşar yazılar