Vahid Ələkbərovun sərvəti azaldı
01 avqust 2026 17:54 (UTC +04:00)

Vahid Ələkbərovun sərvəti azaldı

0

Rusiyalı milyarderlərin ümumi sərvəti 2026-cı ilin əvvəlindən etibarən 5 milyard dollardan çox azalıb.

Lent.az xəbər verir ki, bu barədə dünyanın ən varlı insanlarının sərvətindəki dəyişiklikləri izləyən “Bloomberg Billionaires Index” məlumat yayıb.

Analitiklərin hesablamalarına görə, ən böyük maliyyə itkisini Mixail Proxorov yaşayıb. Bundan başqa, Telegram-ın qurucusu Pavel Durovun, "Norilsk Nikel" şirkətinin prezidenti Vladimir Potaninin, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisinin və "LUKOIL"un təsisçisi Vahid Ələkbərovun da sərvəti azalıb.

Bununla yanaşı, bütün rusiyalı iş adamları ili itkilə başlamayıb. “Bloomberg”in məlumatına görə, ən böyük sərvət artımı "Severstal"ın əsas sahibi Aleksey Mordaşovda qeydə alınıb. Onun kapitalı təxminən 2 milyard dollar artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar