Bakıda taksi sürücüsünə bıçaq çəkib, pullarını aldılar
01 avqust 2026 15:01 (UTC +04:00)

Bakıda taksi sürücüsünə bıçaq çəkib, pullarını aldılar

0

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən idarə etdiyi “KİA” markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar