Goranboyda avtomobili aşdı,  1 ölü, 1 yaralı
03 aprel 2025 22:48 (UTC +04:00)

Goranboyda avtomobili aşdı, 1 ölü, 1 yaralı

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü S. Rzayev ölüb, 1987-ci il təvəllüdlü S. Tağıyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082

Oxşar yazılar