Goranboyda ayağı qırılan xadimə öldü - YENİLƏNİB
02 yanvar 2026 10:51 (UTC +04:00)

Goranboyda ayağı qırılan xadimə öldü - YENİLƏNİB

0

Goranboyda qadının ölümü ilə bağlı təfərrüat məlum olub.

Lent.az xəbər verir ki, hadisə Dəliməmmədli şəhərinin ərazisində qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-də xadimə işləyən Samux rayon sakini 59 yaşlı Nahidə Yusif qızı Məmmədovanın ayağı dəmir yolu relsinin kənarındakı beton dirəyin arasında qalaraq qırılıb. Nəticədə qadın ölüb.

Faktla bağlı Goranboy rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***
1 yanvar, saat: 23:33

Goranboyda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yanında beton dirəyə toxunaraq yıxılıb.

Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1070

Oxşar yazılar