Qaxın İlisu kəndinin ən yaşlı sakini vəfat edib.
Lent.az xəbər verir ki, kənd sakini Baharova Pəri Hacı İbrahim qızı bu gün 97 yaşında dünyasını dəyişib.
Məlumata görə, o, 1929-cu ildə avqustun 30-da Qaxın İlisu kəndində dünyaya gəlib.
Qeyd edək ki, mərhum Mingəçevir Su Elektrik Stansiyasının uzun illərlə müdiri vəzifəsində çalışan Yusif Yusifovun həyat yoldaşıdır.
