Goranboyda telefon oğrusu saxlanıldı
16 iyun 2024 08:37 (UTC +04:00)

Goranboyda telefon oğrusu saxlanıldı

Goranboyda soyğunçuluq edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakini Elnur Qəhrəmanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Oxşar yazılar