Göyçayda 5 bələdiyyə sədri zibilliklərə görə cərimələndi
10 iyun 2023 11:37 (UTC +04:00)

Göyçayda 5 bələdiyyə sədri zibilliklərə görə cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 8-də Göyçay rayonu ərazisində tədbirlər keçiriblər.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbir zamanı Qarabaqqal, Şəhadət, Ərəbcəbirli, Çərəkə və Yeniarx kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

# 6675
avatar

Oxşar yazılar