Türkiyəli aktrisa Alina Boz hamiləliyinin 19-cu həftəsində olduğunu və qız övladı gözlədiyini açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
Aktrisa həyat yoldaşı Umut Evirgenlə Celal Can Algül və Yağmur Gedikin toyuna qatılarkən jurnalistlərin suallarını cavablandırıb.
Boz gələcək körpələrinin otağını artıq çəhrayı rəngə boyadıqlarını bildirib. Aktrisa hamiləlik dövründə xüsusi bir qidaya qarşı güclü istək hiss etmədiyini də deyib.