Göyçayda kişi kanalda batdı - VİDEO
06 mart 2026 15:56 (UTC +04:00)

Göyçayda kişi kanalda batdı - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Lent.az FHN-ə istinadla bildirir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan 31 yaşlı Abdullayev Ramin Elşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar