Göyçayda zəncirvari QƏZA:  2 ölü, 4 yaralı var - YENİLƏNİB
27 may 2026 16:56 (UTC +04:00)

Göyçayda zəncirvari QƏZA: 2 ölü, 4 yaralı var - YENİLƏNİB

0

Göyçayda baş verən yol qəzasında daha bir nəfər ölüb.

Lent.az xəbər verir ki, qəza nəticəsində 10 yaşlı L.Feyzullayeva ilə yanaşı, 56 yaşlı Hüseyn Salahovun da öldüyü məlum olub.

Həmçinin 58 yaşlı İmran Əmrahov, 62 yaşlı Mehriban Əmrahova, 38 yaşlı Arzu Feyzullayeva və 2 yaşlı qız uşağı xəsarət alıblar.

Araşdırma aparılır.

***
15:22

Göyçayda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Opel”, “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə sərnişin olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar