Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü X.Məmmədovanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda hadisə nəticəsində ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.