Mourinyonun İstanbulda 15 ay oteldə qalması “Fənərbaxça”ya baha başa gəlib
09 noyabr 2025 13:12 (UTC +04:00)

Mourinyonun İstanbulda 15 ay oteldə qalması “Fənərbaxça”ya baha başa gəlib

0

"Fənərbaxça"nın mövsümün əvvəlində yollarını ayırdığı portuqaliyalı məşqçi Joze Mourinyonun İstanbulda olduğu 15 ay ərzində "Four Seasons" otelinin ən lüks nömrəsində qaldığı və bu yaşayışın "Fənərbaxça"ya tam 36,5 milyon lirəyə (860 min dollardan çox) başa gəldiyi iddia edilib.

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, "Fənərbaxça" ilə böyük ümidlərlə müqavilə imzalayan portuqaliyalı məşqçi Joze Mourinyo İstanbul karyerası məyusluqla çatıb. 15 aylıq baş məşqçiliyi ərzində rəhbərliyə ünvanladığı tənqidləri və mübahisəli açıqlamaları ilə gündəmə gələn Mourinyo, Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya məğlub olduqdan sonra "Fənərbaxça" rəhbərliyi ilə yollarını ayırıb.

Türkiyəyə möhtəşəm imza mərasimi ilə gələn Mourinyo səssizcə ölkəni tərk edib. Lakin təcrübəli baş məşqçinin gedişi klub üçün çətin maliyyə vəziyyəti də yaradıb.

“Yeniçağ”ın köşə yazarı Müge Dağıstanlı Ərdoğanın sözlərinə görə, Mourinyo 15 ay İstanbuldakı “Four Seasons” otelinin ən lüks nömrəsində qalıb. Bu qalma “Fənərbaxça”ya 36,5 milyon türk lirəsinə (860 min dollardan çox) başa gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar