Suriyanın prezidenti Əhməd əl-Şəraanın ABŞ-a səfəri basketbol oynamaqla başlayıb.
Lent.az-ın xəbərinə görə, Əhməd əl-Şəraaya ABŞ Mərkəzi komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper və admiral Kevin Lambert də qoşulub.
Qeyd edək ki, Suriyanın prezidenti ABŞ-a rəsmi səfər edib. Səfər çərçivəsində Əhməd əl-Şəraanın ABŞ prezidenti Donald Trampla görüşü, Suriyanın İŞİD əleyhinə koalisiyaya qoşulması ilə bağlı sənədə imza atması nəzərdə tutulub.