Novak Cokoviç karyerasının 101-ci titulunu  qazandı
08 noyabr 2025 22:33 (UTC +04:00)

Novak Cokoviç karyerasının 101-ci titulunu qazandı

0

Serbiyalı tennisçi Novak Cokoviç Afina şəhərində keçirilən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirinin finalında italiyalı Lorenso Muzettini məğlub edib.

Lent.az xəbər verir ki, gərgin keçən görüş 4:6, 6:3, 7:5 hesabı ilə Cokoviçin xeyrinə başa çatıb.

Bu qələbə Cokoviç üçün karyerasında 101-ci titul olub. O, Açıq dövr (peşəkar və həvəskar tennisin ayrıldığı dövrün başa çatmasından sonrakı mərhələ) üzrə qazanılmış titul sayına görə üçüncü yerdə qərarlaşıb.

Siyahıya 109 titul qazanan amerikalı Cimmi Konnors başçılıq edir, ikinci yerdə isə 103 titul sahibi olan isveçrəli Rodcer Federer qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar