Güzdəkdə boya zavodundakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİB
22 avqust 2025 13:39 (UTC +04:00)

Güzdəkdə boya zavodundakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİB

Aşağı Güzdək qəsəbəsində boya zavodunda baş verən yanğın məhdudaşdırılıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

***
12:41

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
FHN Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
 
Əlavə məlumat veriləcək.

***

saat 12:15

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 11:07

FHN Güzdəkdəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən boya istehsalı müəssisəsində yanğın baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. 

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390

Oxşar yazılar