Motosiklet dirəyə çırpıldı, ölən var
22 avqust 2025 10:37 (UTC +04:00)

Motosiklet dirəyə çırpıldı, ölən var

Astarada motosiklet dirəyə çırpılıb.

Lent.az xəbər verir ki, avqustun 21-i saat axşam 6 radələrində 30 yaşlı İbrahimov Hüseyn Araz oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi “TRİCUCLE 200CC” markalı motosiklet ilə  Astara rayonu Züngüləş kəndindən Səncərədi kəndi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək yolun ehtiyat hissəsində quraşdırılmış rabitə dirəyinə dəymiş və hadisə yerində ölüb.

Faktla bağlı Astara RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar