Küçə itlərindən qaçan qadını maşın vurub öldürdü
21 avqust 2025 18:21 (UTC +04:00)

Küçə itlərindən qaçan qadını maşın vurub öldürdü

Türkiyədə küçə itlərindən qaçmaq istəyən qadını maşını vuraraq öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Menderes qəsəbəsində baş verib.

Mindiyi avtobusdan düşüb dəvət olunduğu toy zalına gedən 55 yaşlı Fidan Deveciyə küçə itləri hücum edib. İtlərdən qaçmağa çalışan qadını maşın vurub. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.

Digər tərəfdən onu vuran sürücü də saxlanılıb ifadəsi alınandan sonra sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar